Azərbaycanəsilli rejissor və ssenarist Ruslan Şahmalıyev bu gün 88 yaşında Rusiyada vəfat edib.
Manset.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Kinematoqrafçılar İttifaqı məlumat yayıb.
İttifaqdan bildirilib ki, R. Şahmalıyev onlarla elmi-populyar və sənədli filmin rejissoru olub.
O, "Azərbaycanfilm" və "Azərbaycantelefilm" kinostudiyalarında kinorejissor kimi fəaliyyət göstərib.