Cənubi Çin dənizində Çin və Filippin arasında gərginlik yaşanıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Çin donanmasına aid döyüş gəmisi təzyiqli su ilə İkinci Thomas Shoaldakı əsgərlərə avadanlıq göndərmək üçün yola çıxan Filippin təchizat gəmisinə müdaxilə edib.
Hadisə ilə bağlı Çin rəsmiləri “Filippin bu təxribatçı hərəkətlərinə ən qısa zamanda son qoymalı və öz dabanına atəş açmağı dayandırmalıdır” deyib. Digər tərəfdən, bəyanatda Filippinin digər ölkələrlə işlədiyi də ifadə edilib, lakin heç bir ölkənin adı çəkilməyib.
Məsələ ilə bağlı ABŞ-dan da sərt cavab gəlib. ABŞ, “Çin Filippinin dəniz əməliyyatlarını və regional sabitliyi riskə atır. Pekin Cənubi Çin dənizində təhlükəli və sabitliyi pozan hərəkətləri dayandırmalıdır” açıqlamasını yayımlayıb.
Filippin Xarici İşlər Nazirliyi isə daha sərt diplomatik addım atıb. Açıqlamada Çinin Maniladakı səfirinin nazirliyə çağırılaraq nota verildiyi qeyd edilib.
Əfsanə
Manşet.az