ABŞ Dövlət Departamenti Polşaya 1,33 milyard dollar dəyərində raket satışı ilə bağlı razılıq verildiyini açıqlayıb.
Manset.az-ın məlumatına görə, bu barədə ABŞ Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi (DSCA) məlumat yayıb.
Məlumatda bildirilib ki, razılaşma çərçivəsində Polşaya 400 ədəd hava-hava raketi (AMRAAM) satılacaq.
Raketlərin Polşa Silahlı Qüvvələrinin NATO standartlarına uyğunluğunu artıracağı da vurğulanıb.