ABŞ Rumıniyaya "Patriot" verəcək - 262 milyon dollarlıq

01:00 - 30 Aprel 2025

ABŞ Rumıniyaya \"Patriot\" verəcək - 262 milyon dollarlıq

ABŞ Rumıniyaya 262 milyon dollar dəyərində MIM-104 "Patriot" zenit-raket kompleksləri verəcək. Bu barədə Amerikanın Buxarestdəki səfirliyi məlumat yayıb.


Manset.az xarici KİV-ə istinadla bildirir ki, satışa ABŞ Dövlət Departamenti tərəfindən icazə verildiyi qeyd olunur. Çatdırılma Şimali Atlantika Alyansına üzv ölkələrin qrantları hesabına maliyyələşdiriləcək.

Buxarest Rumıniyanın ötən ilin sentyabrında Kiyevə köçürdüyü oxşar sistemləri tamamlayan iki M903 buraxılış qurğusu, AN/MPQ-65 radarı və komanda məntəqəsi alacaq. ABŞ səfirliyi bildirib ki, Patriot sistemi Rumıniyanın Qara dəniz regionunda hava təhdidlərinə qarşı mübarizə qabiliyyətini gücləndirəcək.

Yeganə




Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv