Putin və Lukaşenko 4 saat danışdı  

23:05 - 29 Aprel 2025

Putin və Lukaşenko 4 saat danışdı  

Volqoqradda Rusiya prezidenti Vladimir Putin və Belarus prezidenti Aleksandr Lukaşenko arasında danışıqlar başa çatıb. İki ölkənin liderləri dörd saat üzbəüz danışıb, ikitərəfli əməkdaşlıq və strateji tərəfdaşlığın geniş spektrini müzakirə ediblər.


Manset.az Rusiya KİV-ə istinadən xəbər verir ki, görüş qarşıdan gələn Böyük Qələbənin 80 illiyinə həsr olunmuş tədbirlər fonunda baş tutub.

Söhbət zamanı sənaye kooperasiyası məsələlərinə xüsusi diqqət yetirilib. Putin görüş barədə qeyd edib: "Biz razılaşdıq ki, sənaye əməkdaşlığını, o cümlədən təyyarə istehsalını aviasiya sənayesi sahəsində birgə iş vasitəsilə genişləndirək".

İki ölkə liderləri 9 May qeyd etmələrinə hazırlıq məsələlərini də müzakirə ediblər. Putin bildirib ki, Lukaşenko Moskvada keçiriləcək Qələbə Paradında iştirak edəcək, burada Belarus hərbi birləşmələri Rusiya hərbçiləri ilə birlikdə Qırmızı Meydan boyunca yürüş edəcəklər.

Yeganə







Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv