52 mindən çox miqrant ölüb - BMT

21:14 - 29 Aprel 2025

52 mindən çox miqrant ölüb - BMT

BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) yeni hesabatında qeyd olunub ki, 2014-cü ildən bəri 52 mindən çox miqrant həlak olub. Bu, dünya üzrə qeydə alınan bütün miqrant ölümlərinin demək olar ki, dörddə üçüdür (72%). 


Manset.az xəbər verir ki, 2014-cü ildən bəri bildirilən bütün miqrant ölümlərinin yarısından çoxu (54%) münaqişə və ya təbii fəlakətlərdən təsirlənən ölkələrdə və ya yaxın ölkələrdə baş verib.

Məsələn, Əfqanıstanda 5000-dən çox insan tranzit zamanı həlak olub, o cümlədən 2021-ci ildəki siyasi çevrilişdən sonra ölkədən qaçan minlərlə insan həyatını itirib.

Myanmadan olan 3100-dən çox miqrantlar gəmi qəzalarında həlak olub.  Mərkəzi Aralıq dənizi dünyanın ən ölümcül miqrasiya marşrutu olaraq qalır və təxminən 25 min insan dənizdə ölür.

Yeganə




Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv