Qəzza zolağında vəziyyətin nizamlanması üzrə danışıqlar zamanı bölgədə saxlanılan israilli girovların may ayında azad edilməsinə dair razılıq əldə olunub.
Manset.az Modern.az-a istinadla xəbər verir ki, bu barədə Fələstinin HƏMAS hərəkatına yaxın olan "Maan" agentliyi məlumat yayıb.
Bildirilib ki, israilli girovların, o cümlədən, ABŞ vətəndaşlığı olan girovun may ayı ərzində azad edilməsi ilə bağlı prinsipial razılaşma mövcuddur.
Məlumatd qeyd olunub ki,misirli vasitəçilər, HƏMAS və İsrail nümayəndələri arasında məsləhətləşmələr yaxın günlərdə davam etdiriləcək.