Ərdoğan İtaliyaya gedir

09:55 - 29 Aprel 2025

Ərdoğan İtaliyaya gedir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu gün İtaliyaya rəsmi səfəri gözlənilir.


Manset.az-ın məlumatına görə, bir günlük səfər çərçivəsində Ərdoğan və İtaliyanın Baş naziri Giorgia Meloni arasında daha əvvəl təxirə salınmış görüş baş tutacaq.

Görüş İtaliyanın paytaxtı Roma şəhərində keçiriləcək.

Səfər zamanı iki ölkə arasında hökumətlərarası sammitlə yanaşı keçirilməsi nəzərdə tutulan İtaliya-Türkiyə Biznes Forumu da təşkil olunacaq. Forum çərçivəsində iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi istiqamətində müzakirələr aparılacaq.

Prezident Ərdoğan və Baş nazir Meloni arasında keçiriləcək danışıqlarda Türkiyə və İtaliya arasında əlaqələri müzakirə edəcək.  




Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv