İspaniya və Portuqaliyada elektrik enerjisinin kəsilməsi milyonlarla insana təsir edib. İspaniya Daxili İşlər Nazirliyi qəzalardan sonra fövqəladə vəziyyət elan edib.
Manset.az xarici KİV-ə istinadən bildirir ki, İspaniyanın paytaxtı Madriddə işıqforların işləməməsi səbəbindən tıxac yaranır, şəhərin Barajas hava limanında və Barselonanın "El Prat" hava limanına gedişdə fasilələr yaşanır.
Madrid və Barselona kimi böyük şəhərlərdə rabitə və nəqliyyat şəbəkələri, internet xidmətləri kəsilib. İspaniyanın dəmir yolu şirkəti "Renfe" də ölkənin milli şəbəkəsində elektrik kəsilməsi səbəbindən qatarların hərəkətinin dayandırıldığını açıqlayıb.
Bundan başqa, “Madrid Open” tennis turniri də fasilələrə görə dayandırılıb, günün oyunları ləğv edilib.
Yeganə