Amerika administrasiyasının gömrük rüsumları ilə bağlı siyasətinə heç bir faktor təsir edə bilməz.
Manset.az xarici mediaya istinadla bildirir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp “The Atlantic” jurnalına müsahibəsində deyib.
Prezident əlavə edib ki, tariflərlə bağlı heç bir qırmızı xətt, kursu dəyişmək məcburiyyətində qalacağı müəyyən rəqəm yoxdur.
Xatırladaq ki, aprelin 2-də Tramp 185 ölkə və ərazidən gələn məhsullara rüsumların tətbiq ediləcəyini açıqlayıb. 10%-lik universal tariflər aprelin 5-dən, fərdi tariflər aprelin 9-dan qüvvəyə minib.
Yeganə