Rusiya prezidenti Vladimir Putin Ukraynada 8-11 may tarixlərində atəşkəs elan edib.
Manset.az-ın məlumatına görə, Putin Sovet İttifaqının və onun müttəfiqlərinin İkinci Dünya Müharibəsində qələbəsinin 80-ci ildönümünü qeyd etmək üçün atəşkəs elan edib.
Rəsmi Kreml bildirib ki, Ukrayna atəşkəsi pozarsa, Rusiya qarşılıq verəcək.