48 yaşlı italyan rəssam Andrea Starinieri aprelin 21-də vəfat edən katoliklərin ruhani lideri Papa Fransiskin xatirəsini xüsusi şəkildə yad edib.
Manset.az-ın xarici KİV-ə istinadən məlumatına görə, o, İtaliyanın paytaxtı Romadakı Larqo Argentina meydanında səki üzərinə Papa Fransiskin portretini çəkərək ona olan sevgisini ifadə edib.
Rəssamın bu addımı ətrafdan keçən insanların da marağına səbəb olub.