İranın Bəndər Abbas şəhərindəki Rəcai limanında baş verən partlayışlardan sonra başlamış yanğın davam edir.
Manset.az bu barədə "Azad İran" "Telegram" kanalına istinadla xəbər verir.
İran Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pirhüseyn Kolivənd yanğının söndürülməsi üçün işlərin davam etdiyini açıqlayıb. Onun sözlərinə görə, yanğının böyük hissəsi helikopterlər tərəfindən söndürülüb və işlər yekunlaşmaq üzrədir.
Rusiya Prezidenti Vladimir Putin ölkənin Fövqəladə Hallar Nazirliyinə (FHN) İrandakı yanğının söndürülməsinə kömək etmək üçün bir neçə təyyarənin göndərilməsini tapşırıb. Bu məqsədlə FHN İrana üç təyyarə göndərəcək.
Ən son məlumatlara görə, partlayış nəticəsində ölənlərin sayı 28 nəfərə çatıb.