Zəlzələdə 437 bina zədələndi 

22:51 - 26 Aprel 2025

Zəlzələdə 437 bina zədələndi 

Aprelin 23-də İstanbulda baş vermiş zəlzələdən sonra şəhərin 39 rayonuna dəyən ziyanın müəyyənləşdirilməsi istiqamətində indiyədək 8 367 bina yoxlanılıb.


Manset.az xəbər verir ki, bununla bağlı Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum "X" də yazıb.

Nazir bildirib ki, bu binalardan 7 113-də dağıntı və ya xəsarət olmayıb. 437 bina isə qismən zədələlənib.

Bildirilib ki, yoxlamalar başa çatandan sonra zəruri tədbirlər görüləcək.

Nazir ən çox İstanbulun Bahçelievler, Bağcılar, Esenler, Avcılar və Küçükçekmece rayonlarından müraciətin daxil olduğunu deyib.

Qeyd edək ki, şəhərdə afterşokların davam etməsi səbəbindən əhalinin müəyyən hissəsi hələ də evlərinə daxil olmağa çəkinir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv