ABŞ Prezidenti Donald Tramp Romadan ABŞ-yə qayıdır.
Manset.az Report-a istinadən xəbər verir ki, “Sky News” məlumatına görə, Tramp burada Roma Papası Fransisk ilə vida mərasimində iştirak edib.
"Romanın Fyumiçino hava limanına yollanmazdan əvvəl ABŞ Prezidenti İtaliyanın Baş naziri Ciorciya Meloni ilə görüşüb. Onun səhər kilsədəki söhbətindən sonra Ukrayna Prezidenti Volodimir Zelenski ilə yenidən görüşüb-görüşmədiyi aydın deyil", - məlumatda bildirilib.