Qəzzada ərzaq ehtiyatı tükəndi

19:35 - 25 Aprel 2025

Qəzzada ərzaq ehtiyatı tükəndi

BMT-nin Ümumdünya Ərzaq Proqramının (ÜƏP) Qəzza zolağındakı ərzaq ehtiyatları sərhəd keçid məntəqələrinin bağlı qalması səbəbindən tükənib.


Manset.az xəbər verir ki, bu barədə təşkilatın bəyanatında deyilir.

"Bütün əsas sərhəd keçidləri bağlı qaldığından, humanitar və kommersiya ləvazimatları yeddi həftədən artıqdır ki, Qəzzaya daxil olmur.

Aprelin 25-də təşkilat Qəzza zolağında isti su mərkəzlərinə son ərzaq ehtiyatlarını çatdırdı. Gözlənilir ki, yaxın günlərdə oradakı ərzaq ehtiyatları tamamilə tükənəcək. Bir neçə həftə ərzində bu məntəqələr Qəzza sakinləri üçün yeganə daimi ərzaq yardımı mənbəyi olub", - deyə bəyanatda deyilir.

Yeganə


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv