İstanbulda baş verən 6,2 bal gücündə zəlzələdən sonra təkanlar davam edir.
Manset.az-ın məlumatına görə, AFAD bildirib ki, gecə saatlarından bəri 10-dan çox təkan qeydə alınıb. Digər 3,6 bal gücündə zəlzələ səhər saat 08:40-da baş verib.
Narahat olan bəzi vətəndaşlar çöldə qalmağa davam edirlər.
Qeyd edək ki, aprelin 23-də İstanbulun Silivri sahillərində yerli vaxtla saat 12:49-da 6.2 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar həm İstanbulda, həm də ətraf vilayətlərdə hiss olunub.