Hindistan Hind çayının Pakistana axınını kəsib.
Manset.az bildirir ki, bu barədə "ANI" xəbər agentliyi məlumat yayıb.
Xatırladaq ki, bu, 1960-cı ildə "Hind Suları Sazişi"nin imzalanmasından sonra ilk belə blokada halıdır. Daha sonra tərəflər siyasi münaqişələrə baxmayaraq, resursu bölüşdürmək barədə razılığa gəliblər.
Qeyd edək ki, bu gün - aprelin 24-də Pakistan Hindistana hava məkanını bağlayıb və Hindistanın müdafiə, donanma və aviasiya üzrə müşavirlərini "persona non-qrata" elan edib.
Yeganə