Mikroavtobus və avtomobil toqquşdu - 9 uşaq yaralandı

21:36 - 24 Aprel 2025

Mikroavtobus və avtomobil toqquşdu - 9 uşaq yaralandı

Osmaniyədə (Türkiyə) məktəb mikroavtobusu ilə avtomobil toqquşub.


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, qəzada 9-u şagird olmaqla, 11 nəfər xəsarət alıb.

Toqquşmanın təsiri ilə məktəb avtobusu son anda yol kənarındaki uçuruma düşməkdən qurtulub, avtomobil isə əvvəlcə kənarda dayanmış digər maşına, sonra isə elektrik dirəyinə çırpılıb.

Qəzada yaralanan 9 şagird və digər 2 nəfər ilk yardım göstərildikdən sonra Düziçi Dövlət Xəstəxanasına aparılıb.

Qəza ilə bağlı araşdırma başladılıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv