Valideyn müəllimə hücum etdi - Məktəbdə dava

14:40 - 24 Aprel 2025

Valideyn müəllimə hücum etdi - Məktəbdə dava

Türkiyənin Trabzon şəhərində müəllimlə şagirdinin atası arasında yaranan mübahisədən sonra valideyn müəllimi döyüb.


Manset.az-ın məlumatına görə, müəllim 7-ci sinif şagirdindən tənəffüsün sonunda sinif otağına daxil olmasını istəyib.

Şagirdin bu xəbərdarlığa cavab verməməsi onunla müəllim arasında mübahisəyə səbəb olub. Şagirdin müəllimə hörmətsizlik etdiyi və müəllimin tələbəni itələyərək reaksiya verdiyi iddia edilib. Mübahisəni ailəsinə danışan şagirdin atası müəllimi yumruqla vuraraq yerə yıxıb. Müəllimin eynəyi sınıb, üzü şüşə qırıqlarından yaralanıb.

Hadisədən sonra valideyn polis tərəfindən saxlanılıb. 



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv