Rusiya prezidenti Vladimir Putin hazırkı cəbhə xəttində Ukraynaya qarşı hərbi müdaxilənin dayandırılmasını təklif edib.
Manset.az-ın xarici KİV-ə istinadən məlumatına əsasən, bu təklif ABŞ dövlət katibi Marko Rubionun "yaxın günlərdə irəliləyiş olmasa, ABŞ vasitəçilik rolunu dayandıra bilər" açıqlamasından sonra gündəmə gəlib.
Məlumatlı mənbələrin bildirdiyinə görə, Putin bu təklifi Sankt-Peterburqda keçirdiyi görüş zamanı ABŞ-ın keçmiş prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoffla bölüşüb.
Görüş zamanı Rusiya lideri Kiyevin nəzarətində qalan dörd regionla bağlı ərazi iddialarından imtina edə biləcəyini vurğulayıb.