Xəbər verdiyimiz kimi, aprelin 23-də Mərmərə dənizində baş verən 6,2 bal gücündə zəlzələdən sonra İstanbul sözün əsl mənasında zəlzələ fırtınasına tutulub. Yeraltı təkanların ard-arda gəlməsi şəhər sakinlərini gecəni evlərindən uzaqda keçirməyə məcbur edib.
Manset.az-ın məlumatına görə, təşviş içində olan minlərlə insan parklarda, bağlarda, məscidlərdə və digər ictimai məkanlarda gecələyiblər. İstanbul valiliyinin qərarı ilə təhlükəsizlik məqsədilə məscidlər, məktəblər, idman zalları və ictimai obyektlər vətəndaşların istifadəsinə açıq saxlanılıb.