İstanbulda məktəblər bağlandı  

18:29 - 23 Aprel 2025

İstanbulda məktəblər bağlandı  

Türkiyənin İstanbul şəhərində baş verən zəlzələlərdən sonra 24-25 aprel tarixlərində məktəblər bağlanacaq.


Manset.az-ın Oxu.az-a istinadən xəbərinə görə, bu barədə Türkiyənin milli təhsil naziri Yusuf Təkin məlumat verib.

"Məktəblərimizdən sadəcə ikisinin çöl suvaqlarında çatlar var. Bundan başqa, hər hansı bir problemimiz yoxdur. Daxili işlər naziri ilə danışdım. Hər hansı problemli vəziyyət yaranarsa, məktəblərin toplanma mərkəzi olması baxımından bizdən sabah və sonrakı gün məktəblərdə tətil edilməsini istədilər. Biz də sabah və birigün üçün məktəbləri bağlamaq qərarına gəldik", - deyə nazir bildirib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv