Bu şəxslər Məkkəyə girə bilməyəcək - QADAĞA   

18:12 - 23 Aprel 2025

Bu şəxslər Məkkəyə girə bilməyəcək - QADAĞA   

Səudiyyə Ərəbistanı iş icazəsi, Həcc vizası və ya Məkkə tərəfindən verilmiş yaşayış icazəsi olmayan əcnəbilərin çərşənbə günündən etibarən Məkkəyə girişinə qadağa qoyulacağını açıqlayıb.


Manset.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Nazirlikdən bildirilib ki, həcc mövsümündə zəvvarların təhlükəsizliyini təmin etmək üçün bir sıra tədbirlər həyata keçirib.

"Çərşənbə günündən etibarən Məkkəyə daxil olmaq üçün iş icazəsi, Məkkədə yaşayış vəsiqəsi və ya etibarlı həcc icazəsi tələb olunacaq", - məlumatda qeyd olunub. 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv