İstanbulda baş verən 6.2 bal gücündə zəlzələ zamanı Bahçelievlerdə 1 nəfər eyvandan tullanaraq yaralanıb.
Manset.az-ın məlumatına görə, həmin şəxs yaralanıb.
Qeyd edək ki, İstanbulda ard-arda 7 zəlzələ qeydə alınıb. Onlardan ən böyüyü 6,2 bal gücündə olub.
AFAD İstanbulda güclü zəlzələdən sonra sakinləri riskli binalardan uzaq durmağa çağırıb.
İstanbul Böyük şəhər Bələdiyyəsindən bildirilib ki, indiyədək hər hansı ciddi hadisə qeydə alınmayıb.
İstanbul Valiliyi də hazırda hər hansı dağıntı xəbərinin olmadığını açıqlayıb.