Qızılca epidemiyası - Yoluxma  ARTIR 

12:24 - 23 Aprel 2025

Qızılca epidemiyası - Yoluxma  ARTIR 

ABŞ-ın Texas ştatında qızılca epidemiyası yayılmağa davam edir.


Manset.az-ın məlumatına görə, ştatın qərb bölgəsində təsirli olan epidemiyada yoluxma hallarının sayı 624-ə çatıb. Son beş gün ərzində isə 27 yeni yoluxma halı qeydə alınıb.

Texas Dövlət Səhiyyə Xidmətləri Departamentinin (DSHS) dünən yaydığı açıqlamaya əsasən, yoluxanların əksəriyyəti ya peyvənd olunmayıb, ya da peyvənd statusu məlum deyil. Bu, xəstəliyin daha da sürətlə yayılmasına səbəb olan əsas amillərdən biri kimi göstərilir. 

Mütəxəssislər peyvəndin qızılca kimi yüksək yoluxuculuq qabiliyyətinə malik xəstəliklərin qarşısının alınmasında mühüm rol oynadığını vurğulayırlar.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv