Çinin Şanxay şəhərində həkimlər genetik və xroniki xəstəliklər səbəbindən ürəyi böyüyən 7 yaşlı uşağa süni ürək transplantasiyası həyata keçiriblər.
Manset.az-ın məlumatına görə, uşağa uyğun donor tapılmadığı üçün 2024-cü ilin may ayında bu qərar qəbul edilib. Əməliyyat zamanı çəkisi 45 qram, diametri 2,9 sm olan süni ürək yerləşdirilib.
Əməliyyatdan bir gün sonra həkimlər xəstənin vəziyyətinin yaxşılaşmağa doğru getdiyini bildiriblər.