Mikroavtobus ilə yük maşını toqquşdu - Ölən və yaralananlar var

11:19 - 23 Aprel 2025

Mikroavtobus ilə yük maşını toqquşdu - Ölən və yaralananlar var

Türkiyənin Van bölgəsində sərnişin mikroavtobusu ilə yük maşını toqquşub. 


Manset.az-ın əldə etdiyi məlumata görə, hadisə nəticəsində 8 nəfər ölüb, 11 nəfər yaralanıb.

Hadisə yerinə sağlamlıq və təhlükəsizlik qrupları sövq edilib. 2-si ağır olan 11 nəfərin xəstəxanalarda müalicəsi davam etdirilir.


Qəza ötən gün Van-Hakkari yolunun 80-ci kilometrliyində, Şərqi İstirahət Bölgəsi yaxınlığında baş verib. Hakkari istiqamətində hərəkətdə olan SE-nin idarə etdiyi 34 GCR 604 dövlət nömrə nişanlı sərnişin mikroavtobusu qarşı tərəfdən gələn 06 BYD 614 dövlət nömrə nişanlı yük maşını ilə toqquşub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv