"ABŞ-ın danışıqlar prosesindən çıxması və Ukraynaya yardımı dayandırması Amerikanın Kiyevi strateji tərəfdaş kimi itirməsinə səbəb ola bilər".
Manset.az xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Volodimir Zelenski deyib.
"İstəməzdik ki, Amerika bu yardımdan əl çəksin, çünki bu, təkcə silah deyil. Söhbət kəşfiyyatdan, ballistikadan, həyatdan gedir. Düşünürəm ki, bu, Ukraynanın simasında strateji tərəfdaşın itirilməsi olacaq".
Yeganə