Orban Ukraynaya "YOX" dedi  

22:30 - 22 Aprel 2025

Orban Ukraynaya \"YOX\" dedi  

Macarıstanın baş naziri Viktor Orban Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyü ilə bağlı ümummilli referendumda iştirak edib.


Manset.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə o, özünün sosial media hesabında yazıb.

O, Ukraynanın təşkilata qoşulmasının əleyhinə səs verib.

O, müvafiq qutuya “yox” sözü yazılmış seçki bülletenini ataraq şəklini sosial media hesabında paylaşıb.

Qeyd edək ki, referendum 2025-ci il aprelin 14-də poçtla göndərilən sorğu anketləri ilə başlayıb. Səsvermə Ukraynanın Aİ-yə üzvlüyünün dəstəklənməsi və ya rədd edilməsi ilə bağlıdır. Sorğunun nəticələrinin iyunda yekunlaşdırılması və Brüsselə göndərilməsi planlaşdırılır.

"Brüssel və Tisza partiyası Ukraynanın Aİ-yə üzvlüyünü dəstəkləyir. Bu, Macarıstan iqtisadiyyatını məhv edər. Biz onların gələcəyimizlə bağlı qərar qəbul etmələrinə imkan verməyəcəyik", - o qeyd edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv