Türkiyədə yenidən növbədənkənar seçkilərin keçiriləcəyi barədə xəbərlər yayılıb.
Manset.az Modern.az-a istinadən xəbər verir ki, mətbuatda Türkiyənin hakim dairələrində seçki barədə müzakirələrin aparıldığı iddia edilir.
Müzakirələr tanınmış yazar Mümtazer Türkönenin açıqlamasından sonra qızışıb. O, Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bağçalının seçki prosesinə başlayacağını bildirib.
Məsələ ilə bağlı Bağçalının özü də açıqlama verib. O, son günlər mediada yer alan erkən seçki iddialarını təkzib edib.
Yazılı açıqlamasında Bağçalı bu iddiaların partiyanı qaralamaq məqsədi daşıdığını bildirib.
O, bildirib ki, MHP və Cümhur İttifaqı seçkilərin vaxtında keçirilməsində qərarlıdır və bu mövqedən geri dönüş olmayacaq. “Partiyamızı müzakirəyə açmaq istəyənlərin, niyyət oxumağa çalışanların arzuları puç olacaq,” – deyə o vurğulayıb.