İndoneziyanın Batla şəhərində yerləşən Jawa Timur əyləncə parkında faciəvi hadisə yaşanıb.
Manset.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 13 yaşlı oğlan dostları ilə birlikdə minmiş olduğu "360 Pendulum" adlı attraksionda təhlükəsizlik kəməri açılaraq bir neçə metr hündürlükdən yerə yıxılıb.
Hadisə anı parkdakı ziyarətçilər tərəfindən lentə alınıb. Kadrlarda uşağın və ətrafdakıların qışqırdığı dəqiqələr aydın görünür. Hadisədən dərhal sonra attraksion dayandırılıb və ziyarətçilər yerə endirilib.
Yıxılan uşağın sağ əlində iki, ayağında isə bir sınıq olduğu bildirilib. Polis hadisə ilə bağlı araşdırma başladıb. Məlum olub ki, təhlükəsizlik kəməri nasazlıq səbəbindən qəfil açılıb.