İngilis səyyah Karl Buşbi heç bir nəqliyyat vasitəsindən istifadə etmədən 26 ildir piyada və üzərək yoluna davam edən Buşbi hazırda Türkiyədədir.
Manset.az-ın məlumatına görə, o, Boğaziçini keçmək üçün icazə gözləyir.
Buşbi bu nəhəng səyahətinə Cənubi Amerikanın ən uc nöqtəsi olan Çilidən başlayıb və hədəfi İngiltərədəki evinə çatmaqdır. Bu müddət ərzində o, 47.000 kilometrdən çox məsafə qət edib, çətin coğrafiyalardan, müharibə zonalarından, meşə və səhralardan keçib.