Osimhen transferini AÇIQLADILAR: "Razılığa gəlindi" 

13:28 - 22 Aprel 2025

Osimhen transferini AÇIQLADILAR: \"Razılığa gəlindi\" 

"Qalatasaray"ın ulduzu Viktor Osimhenin gələcəyi ilə bağlı iddialar davam edir.


Manset.az xarici KİV-ə istinadən məlumatına görə ki, "Mançester Yunayted"in sarı-qırmızılı komandada icarə əsasında çıxış edən Osimhen üçün böyük səy göstərdiyi və maaşla bağlı böyük razılığa gəldiyi bildirilib.

Trendyol Super Liqasında mövsümə damğasını vuran adlardan biri olan "Qalatasaray" və Viktor Osimhenin növbəti komandası ilə bağlı qeyri-müəyyənlik davam edir. Mövsümün əvvəlində İtaliya A Seriyasının təmsilçisi "Napoli"dən icarə əsasında sarı-qırmızılıların heyətinə qatılan Osimhenlə Avropanın bir çox böyük klubları maraqlanır. Premyer Liqadan “Mançester Yunayted” və “Çelsi” və İtaliya A Seriyasından “Yuventus” Osimhenlə ən ciddi maraqlanan komandalar sırasındadır. "Napoli"dən ayrılacağı gözlənilən ulduz hücumçu hələ ki, gələcəyi ilə bağlı qərar verməyib.

İtaliya mətbuatı Tuttosport xəbər verir ki, "Qalatasaray" Osimheni heyətində saxlamaq istəsə də, "Mançester Yunayted" transferi başa çatdırmaq üçün intensiv səy göstərir. Xəbərdə "Yuventus"un Ademola Lookmanın transferini tamamlamağa yaxın olduğu və "Mançester Yunayted"in Osimhen üçün danışıqlarını davam etdirdiyi bildirilib. Bundan əlavə, maaşla bağlı əsas razılaşmanın əldə olunduğu iddia edilib. "Mançester Yunayted" Viktor Osimeni transfer edəcəyi təqdirdə "Napoli"yə 75 milyon avro ödəyəcək. Bildirilib ki, Osimhen transferi reallaşarsa, Mançester komandasının hücumçusu Rasmus Hojlund üçün A Seriyasına qayıtmaq imkanı yarana bilər. Bu mövsüm "Qalatasaray"ın heyətində 34 matçda forma geyinən Viktor Osimhen bu matçlarda 29 qol vurub, 6 məhsuldar ötürmə edib. Osimhen 21 qolla Super Liqanın bombardiri yarışının lideridir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv