Ərdoğanın oğlu prezident olmaq istəyir? - Özü cavabladı

11:06 - 22 Aprel 2025

Ərdoğanın oğlu prezident olmaq istəyir? - Özü cavabladı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan Rusiyanın TASS agentliyinə verdiyi müsahibədə siyasi karyera ilə bağlı suallara aydınlıq gətirib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, onun sözlərinə görə, siyasi ambisiyaları yoxdur və bu sahəyə maraq göstərmir:

“Məndən tez-tez siyasətə qoşulmağı düşünüb-düşünmədiyimi soruşurlar. Amma mən özümü qeyri-hökumət sektorunda görürəm. Vətəndaş cəmiyyəti ilə işləmək, gəncləri cəmiyyətə fayda verməyə ruhlandırmaq niyyətindəyəm".

Bilal Ərdoğan, gənclərin sosial məsələlərə həssas yanaşmasının vacibliyini qeyd edib və onları aktiv olmağa çağırıb:

“Seçdikləri karyeradan asılı olmayaraq, sosial məsələlərə bağlılığı olan gənclər cəmiyyətin fəal üzvünə çevrilməlidir — aktivist, dəyər qoruyucusu olmalıdırlar".

O, əsas fəaliyyət istiqamətinin təhsil layihələri olduğunu bildirib:

“Zamanımın çox hissəsini məktəblər, universitetlər, təqaüd proqramları və akademik mükafatlara ayırıram. Ən istedadlı gəncləri dəstəkləməklə onların arzularını reallaşdırmasına kömək etməyə çalışıram".


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv