"Chat GPT"yə təşəkkür etməyin - Milyonlarla dollara başa gəlir

10:06 - 22 Aprel 2025

\"Chat GPT\"yə təşəkkür etməyin - Milyonlarla dollara başa gəlir

OpenAI-nin baş direktoru Sam Altman maraqlı bir açıqlama ilə gündəmə gəlib. O bildirib ki, istifadəçilərin ChatGPT ilə danışarkən istifadə etdiyi "zəhmət olmasa" və "təşəkkür edirəm" kimi nəzakətli ifadələr şirkətin əməliyyat xərclərinə onlarla milyon dollar əlavə edir.


Manset.az-ın əldə etdiyi məlumata görə, bu açıqlama, X platformasında (əvvəlki Twitter) bir istifadəçinin sualına cavab olaraq verilib. İstifadəçi OpenAI-nin modellərinə nəzakətli şəkildə müraciət edən istifadəçilərin şirkətə nə qədər əlavə enerji xərci yaratdığını soruşub:

"Şirkət OpenAI modellərinə 'zəhmət olmasa' və 'sağ ol' deyən insanlardan nə qədər elektrik itirdi?"

Sam Altman isə bu suala belə cavab verib: "Onlarla milyon dollar. Buna dəyərdi. Nə olacağını heç vaxt bilmirsən".

Əvvəldən əhəmiyyətsiz görünə biləcək bu ifadələr, əslində texniki cəhətdən əhəmiyyət daşıyır. Çünki bu cür nəzakətli müraciətlər ChatGPT-dən daha detallı və mənalı cavablar istənməsi ilə nəticələnir. Bu isə sistemin daha çox emal gücü sərf etməsi, dolayısı ilə də enerji istehlakı və xərclərin artması deməkdir.

Altmanın sözləri, texnologiya və insan davranışı arasındakı maraqlı əlaqəni bir daha gündəmə gətirir: bəzən sadə bir "zəhmət olmasa"nın belə arxasında milyonlarla dollar dəyərində enerji yatırımı dayana bilər.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv