"Papa Fransiskin xatirəsinə hörmət əlaməti olaraq, dəfn günü gün batana qədər ABŞ bayrağının Ağ Evdə yarıya qədər endirilməsini əmr edirəm".
Manset.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp sosial şəbəkədə yazıb.
"Həmçinin ABŞ bayraqlarının xaricdəki bütün səfirliklərimizdə, nümayəndəliklərdə, konsulluq idarələrində və digər müəssisələrdə, o cümlədən, bütün hərbi qurumlarda, dəniz gəmiləri və stansiyalarda yarıya qədər endirilməsini əmr edirəm",-deyə Tramp qeyd edib.
Tramp həmçinin Ağ Evdə keçirilən Pasxa bayramında Roma Papasını yaxşı insan adlandırıb.
Yeganə