88 yaşlı Roma Papası Fransiskin bu gün yerli vaxtla saat 07:35-də vəfat etməsindən sonra onun ölümündən əvvəlki son görüntüləri yayımlanıb.
Manset.az xəbər verir ki, Vatikanın rəsmi məlumatına görə, Katolik kilsəsinin ruhani lideri olan Papa Fransisk Pasxa bayramının son günündə ictimaiyyət qarşısına çıxaraq xalqı əlil arabasında salamladı.
Fransiskin son görüntülərində onun Müqəddəs Pyotr meydanında keçirilən mərasimdə iştirak etdiyi və bayram münasibətilə vətəndaşları təbrik etdiyi əks olunub. O, həmçinin ölümündən bir gün əvvəl ABŞ-ın vitse-prezidenti C.D. Vens ilə də görüşmüşdü.