Keniyanın paytaxtı Nayrobi yaxınlığında aslanın hücumuna məruz qalan 14 yaşlı qız həyatını itirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Nayrobi Milli Parkının yaxınlığındakı fermada baş verib.
Keniya Vəhşi Təbiət Xidmətinin (KWS) məlumatına görə, gənc qız aslan tərəfindən yaşadığı ərazidən qaçırılıb.
Hadisəni başqa bir azyaşlı uşaq görüb. "KWS" qrupları dərhal hadisə yerinə yollanıb və Mbagathi çayının sahilində qızın cansız bədəni tapıblar.
KWS-in verdiyi açıqlamaya görə, aslan hələ tapılmayıb, lakin tələ qurulub və əraziyə axtarış qrupları göndərilib. Eyni zamanda, oxşar hadisələrin baş verməməsi üçün əlavə təhlükəsizlik tədbirləri görülüb.
Nayrobi Milli Parkı şəhər mərkəzindən yalnız 10 kilometr aralıda yerləşir. Parkın üç tərəfi hasarlanmış olsa da, heyvanların köçməsi üçün cənub hissəsi açıq saxlanır.