Trabzonun Ortahisar rayonunda 25 avtomobilin qarışdığı zəncirvari yol qəzası nəticəsində 12 nəfər yaralanıb.
Manset.az-ın məlumatına görə, qəza səhər saatlarında Çömlekçi Məhəlləsi yaxınlığında baş verib.
İlk olaraq bir avtomobilin qəza etməsi sonra digər avtomobillərin həmin ərazidə toqquşmasına səbəb olub.
Yaralılar KTU Tibb Fakültəsi Farabi Xəstəxanası və Fatih Dövlət Xəstəxanasına aparılıb.
Nəticədə şəhərdə nəqliyyat iflic olub və kilometrlərlə tıxac yaranıb. Yaralıların vəziyyəti yaxşıdır.