ABŞ ordusu Yəmənin paytaxtını vurdu

10:30 - 21 Aprel 2025

ABŞ ordusu Yəmənin paytaxtını vurdu

ABŞ ordusu Yəmənin paytaxtı Sənanın əl-Fərva bölgəsini hədəfə alıb.


Manset.az xəbər verir ki, bu barədə "Al Masirah" telekanalı məlumat yayıb.

Yəməndə husilərə qarşı əməliyyatlarını davam etdirən ABŞ ordusu bu dəfə ölkənin paytaxtı Sənada yerləşən əl-Fərva bölgəsinə zərbə endirib. Həyata keçirilən hücum nəticəsində azı 12 nəfər həyatını itirib, 30 nəfər yaralanıb.

Dağıntılar altında axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilir. Eyni zamanda, Yəmənin şimalında yerləşən Səada şəhərinin də ABŞ hücumlarının hədəfi olduğu qeyd olunub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv