Türkiyənin Kırıkkale bölgəsində baş verən yol-nəqliyyat hadisəsi faciə ilə nəticələnib.
Manset.az xəbər verir ki, baş verən qəza zamanı avtomobil ilə motosiklet toqquşub.
İlkin məlumata görə, avtomobil ilə eyni istiqamətdə hərəkət edən Ali Kaan Ünalın sürdüyü motosikletlə toqquşub. Zərbənin təsirindən motosikletçi ağır xəsarətlər alıb.
Hadisə yerinə dərhal polis və təcili tibbi yardım briqadaları cəlb olunub. Yaralıya yerində ilkin tibbi yardım göstərildikdən sonra o, xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, 19 yaşlı Ali Kaan Ünalın həyatını xilas etmək mümkün olmayıb.
Qəza ilə əlaqədar avtomobil sürücüsü E.B. saxlanılıb. Faktla bağlı araşdırmalara başlanılıb.