Cənubi Koreyada HHQ-nin bütün uçuşları dayandırıldı  

17:14 - 20 Aprel 2025

Cənubi Koreyada HHQ-nin bütün uçuşları dayandırıldı  

Cənubi Koreya Respublikasının Hərbi Hava Qüvvələri (HHQ) hücum təyyarəsinin pulemyot konteynerlərini və boş yanacaq çənlərini itirməsindən sonra demək olar bütün uçuşları dayandırıb.


Manset.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

HHQ sözçüsü nəşrə bildirib ki, kəşfiyyat əməliyyatları aparanlar və ya döyüş növbətçiliyi vəziyyətində olanlar xaric, özünün bütün təyyarələrinin uçuşlarına məhdudiyyətlər qoymaq qərara alınıb.

Qeyd olunur ki, bu qərar hazırda Koreya Respublikasında ABŞ-nin iştirakı ilə keçirilən irimiqyaslı "Azadlıq bayrağı" təlimlərinin dayandırılmasına gətirib çıxaracaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv