Konqo Demokratik Respublikasında sabiq prezident Cozef Kabilanın rəhbərlik etdiyi Partiya yenidənqurma və demokratiya partiyasının fəaliyyəti dayandırılıb, əmlakı müsadirə edilib.
Manset.az "Reuters"-ə istinadən xəbər verir ki, hökumət onu Ruandanın dəstəklədiyi M23 qiyamçılarına yardım etməkdə ittiham edir.
Kabilaya və partiya liderlərinə qarşı dövlətə xəyanət maddəsi ilə araşdırma başladılıb. Lakin ittihamlarla bağlı detallı məlumat verilməyib.
Kabilanın özü bu ittihamlara hələ cavab verməyib. Partiyanın katibi Ferdinand Kambere qərarı Konqo konstitusiyasının açıq şəkildə pozulması adlandırıb.
Qeyd edək ki, Kabila 2001-ci ildə atasının sui-qəsd nəticəsində öldürülməsindən sonra hakimiyyətə gəlmiş və 2016-cı ildə səlahiyyət müddəti bitdikdən sonra vəzifədən getməkdən imtina etmişdi.