Filippinlərin Marinduke əyalətində sərnişin mikroavtobusu əyləclərinin işləməməsi səbəbilə yoldan çıxaraq kanala yuvarlanıb.
Manset.az xarici mətbuata istinadən xəbər verir ki, qəza nəticəsində 6 nəfər həyatını itirib, 20 nəfər isə xəsarət alıb.
Polisin verdiyi məlumata görə, 26 nəfərlik sərnişin qrupu ailəvi istirahət məqsədilə çay sahilinə doğru yol alıb. Enişli yolda yüksək sürətlə hərəkət edən avtobusun əyləcləri işləməyib, nəticədə beton məftilləri aşaraq ağaca çırpılıb və kanala düşüb. Bəzi sərnişinlər qəza zamanı avtomobildən çölə atılıb.
Zərbənin gücündən mikroavtobusun damı qopub, ön hissəsi isə tamamilə dağılıb.
Qeyd edək ki, jeepney adlandırılan bu nəqliyyat vasitələri Filippinlərin kənd yerlərində milyonlarla insan üçün əsas nəqliyyat vasitəsidir.
Nəzrin