Avtomobildə unudulan uşaq öldü - Valideynlərə 70 il həbs 

15:08 - 20 Aprel 2025

Avtomobildə unudulan uşaq öldü - Valideynlərə 70 il həbs 

ABŞ-nin Arkanzas ştatında azyaşlının avtomobildə istidən həyatını itirməsindən sonra valideynlər 70 il həbs cəzasına məhkum edilib.


Manset.az ABŞ mediasına istinadən xəbər verir ki, cütlük 2024-cü ilin iyulunda saxlanılıb. Onların 3 yaşlı uşağı ağır vəziyyətdə Arkanzas Uşaq Xəstəxanasına aparıldıqdan sonra,  2, 4, 7 və 10 yaşlarında digər dörd uşaq xəstəxana həyətində maşında kilidli vəziyyətdə tapılıb. Hadisə nəticəsində iki yaşlı Cey Dien Rollins ertəsi gün istidən dünyasını dəyişib.

İstintaq zamanı Rollinslərin evində baxımsız və aclıqdan zəif düşmüş bir it də tapılıb. Heyvana sığınacaq verilib, lakin heyvana qarşı qəddarlıq ittihamı razılaşdırılmış məhkəmə qərarı çərçivəsində ləğv olunub.

Nəzrin


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv