Çin Rusiyadan neft idxalını AZALDIR

13:15 - 20 Aprel 2025

Çin Rusiyadan neft idxalını AZALDIR

Cari ilin birinci rübündə Çin Rusiyadan neft idxalını keçən ilin eyni dövrü ilə müqayisədə 14,7 % azaldaraq 24,315 milyon tona çatdırıb.


 

Manset.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Baş Gömrük İdarəsi məlumat yayıb.

Üç ay ərzində tədarüklərin dəyəri 13 milyard dollar təşkil edib ki, bu da 2024-cü ilin yanvar-mart aylarının səviyyəsindən 22 % aşağıdır.

Həcmlərin azalmasına baxmayaraq, Rusiya Çinə ən böyük neft tədarükçüsü mövqeyini qoruyub.

Qeyd olunub ki, neft Rusiyadan idxalın ümumi dəyərinin 40 %-dən çoxunu təşkil edir.

Mart ayında tədarüklər 8,85 milyon ton təşkil edib ki, bu da fevral ayı ilə müqayisədə 14 % çoxdur. Pul ifadəsində Çin 4,6 milyard dollara neft alıb ki, bu da əvvəlki ayla müqayisədə 9 % çoxdur.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv