İran və ABŞ arasında danışıqların ikinci raundu başa çatıb.
Manset.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü məsləhətləşmələrin faydalı olduğunu və danışıqların konstruktiv atmosferdə keçdiyini bildirib.
Onun sözlərinə görə, İran və ABŞ yaxın günlərdə texniki səviyyədə məsləhətləşmələri davam etdirmək barədə razılığa gəliblər.
Abbas Araqçı həmçinin, danışıqların 3-cü raundunun 26 apreldə təşkil olunacağını əlavə edib.