Fizika qaydalarını alt-üst edən maddə - YENİ KƏŞF

19:27 - 18 Aprel 2025

Fizika qaydalarını alt-üst edən maddə - YENİ KƏŞF

Amerikalı tədqiqatçılar qızdırıldıqda büzülən, sıxıldıqda isə genişlənən qeyri-adi material aşkar ediblər. Bu xüsusiyyətləri ilə, fizika qanunlarına zidd olan yeni material, elektrik avtomobilinin akkumulyatorlarını ilk günkü performansına qaytarmağa kömək edə bilər.


Manset.az xəbər verir ki, Çikaqo Universitetinin Molekulyar Mühəndislik Məktəbi və Kaliforniya Universitetindən olan elm adamları termodinamikanın əsas qanunlarına zidd davranış nümayiş etdirən maddələrin yeni sinfini kəşf ediblər.

Yeni kəşf edilmiş metastabil maddələr qızdırıldıqda həcmcə kiçilir və yüksək təzyiq altında genişlənir.

Araşdırmanın nəticələri "Nature" jurnalında dərc olunub.

Tədqiqatçılar yeni materialın kimyəvi davranışını daha ətraflı öyrənməklə onu enerji saxlama sistemlərindən tutmuş kosmik texnologiyalara qədər bir çox sahədə tətbiq oluna bilən hala gətirməyi hədəfləyirlər.

Yeganə


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv