Rusiya və Ukrayna Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vasitəçiliyi ilə aprelin 19-da əsir mübadiləsi edəcək.
Manset.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Agentliyin məlumatına görə, 46-sı yaralı olmaqla 500-ə yaxın rus və ukraynalı əsir dəyişdiriləcək.
Bildirilir ki, mübadilədə hər tərəfdən 246 məhbus iştirak edəcək.